BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır

17.11.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Tbilisidə I Gürcüstan-Azərbaycan Rektorlar Konfransı çərçivəsində Bakı Dövlət Universiteti (BDU) Gürcüstanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq haqında memorandumlar imzalayıb. Bunlar İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, Qori Dövlət Pedaqoji Universiteti və Vebster Universitetidir.

BDU-dan 525.az-a bildirilib ki, əməkdaşlıq haqqında memorandumlarda tədris və elmi-tədqiqat fəaliyyəti üzrə ikitərəfli əlaqələrin qurulması, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eyni zamanda, professor-müəllim heyətinin, tələbələrin və digər əməkdaşların mübadiləsinin reallaşdırılması əks olunub.

Memorandumlar çərçivəsində tərəfdaş universitetlərin kitabxana materiallarına, tədqiqat nəşrlərinə və tədris resurslarına qarşılıqlı çıxış imkanları genişlənəcək, gələcək əməkdaşlıq strategiyasını müəyyənləşdirmək üçün xüsusi işçi qrupları fəaliyyət göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью