BDU ilə Qırğız Milli Universiteti əməkdaşlıq edəcək AZƏRTAC

17.12.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə Qırğız Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, müqavilə çərçivəsində tərəflər birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, ortaq elmi seminar və konfransların keçirilməsi istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.

Bu müqavilə BDU-nun beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində atdığı növbəti mühüm addımlardan biridir.

Əməkdaşlıq müqaviləsini BDU-nun rektoru Elçin Babayev və Qırğız Milli Universitetinin rektoru Doqdurbek Çontoyev imzalayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью