BDU ilə Türkiyənin Haliç Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb AZƏRTAC

02.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Haliç Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, protokolda tələbələrin, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsi öz əksini tapıb.

Sənədi rektorlar Elçin Babayev və Nihat İnanç imzalayıblar.

Haliç Universitetinin əsası 1998-ci ildə qoyulub. Universitetdə 8 fakültə, 1 peşə məktəbi, 4 kollec və 1 institut fəaliyyət göstərir, 17 mindən çox tələbə təhsil alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью