“BDU Könüllüləri” liqanın qalibi olub FOTO İdman və Biz

18.12.2024

Icma.az, Idman.biz saytına istinadən bildirir.

AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində keçirilən Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə könüllü təşkilatlar arasında minifutbol üzrə “Zəfər” liqasına yekun vurulub.

İdman.biz xəbər verir ki, 16 könüllü təşkilatın komandasının qatıldığı turnirin finalında “Turizm Könüllüləri” ilə “BDU Könüllüləri” qarşılaşıb.

Finalda rəqibini 3:2 hesabı ilə üstələyən “BDU Könüllüləri” liqanın qalibi olub. Qalib komanda AFFA tərəfindən kubok və medallar, II və III yerlərin sahibləri isə medallarla təltif olunub.

Həmçinin, liqanın final matçının ən yaxşı oyunçusu və ən yaxşı qapıçısı nominasiyası üzrə mükafatlar təqdim olunub. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, “Neftçi”nin və millinin futbolçusu Emin Mahmudov təqdim ediblər.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью