Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetini (BDU) 6000-dək təhsilalan bitirir.
Bakıvaxtı.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, BDU fəaliyyət göstərdiyi dövr ərzində 200 mindən çox mütəxəssis və yüksək ixtisaslı kadr hazırlayıb.
Hazırda universitetin 16 fakültəsində 1400-dək professor-müəllim heyəti çalışır, 25 mindən artıq tələbə təhsil alır. Ali təhsil müəssisəsində 114 kafedra, 2 elmi-tədqiqat institutu, 12 elmi-tədqiqat mərkəzi, 28 elmi-tədqiqat laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, həmçinin “Gənc istedadlar” liseyi fəaliyyət göstərir.
BDU-da bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində isə 349 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Universitet ölkənin ali təhsil sistemində mühüm elm və təhsil mərkəzlərindən biri hesab olunur.