BDU nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

12.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təqaüdə layiq görülən tələbələr Ayan Musayeva, Zeynəb Quliyeva, Aişə Qasımova, Ayan Babazadə, Leyla Əhmədli, Elvin Əfəndiyev, Mətin Mehdiyev, Selcan Əliyeva, Ayxan Babazadə, Gülsüm İsmayılova, Aydan Rəcəbova, Sitarə Hüseynova, Mələk Məşədiyeva, Zeynəb Həşimova və Firanə Şahverdiyevadır.

Qeyd edək ki, Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью