BDU nun 5 tələbəsi ECO nun Gənclər Forumunda iştirak edir

02.07.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 5 tələbəsi - Mert Üstün, Aslan Bekirhan (Beynəlxalq münasibətlət və iqtisadiyyat fakültəsi), Eylül Tanşi Karaca (Sosial elmlər və psixologiya fakültəsi), Burcu Çaylak (Tarix fakültəsi), həmçinin bu il BDU-dan məzun olan Fidan Kərimli İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində keçirilən ECO-nun Gənclər Forumunda iştirak edirlər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Gənclər Forumu çərçivəsində “Yüksəksəviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu” mövzusunda plenar panel, “Ölkə müdaxilələri: gənclərin milli strategiyalarının davamlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə Milli Perspektivlər” mövzusunda panel sessiya keçirilib.

Panel müzakirələrin sonunda isə gənclər tərəfindən işçi qrupları yaradılıb və üç istiqamətdə - iqtisadi-ticari əməkdaşlıq, davamlılıq və texnologiya, insan inkişafı və insanlar arasında dialoq məsələləri ətrafında müzakirələr aparılıb.

İşçi qruplarının iclasında çıxış edən BDU-nun tələbəsi Mert Üstün ECO ölkələrində “ECO könüllülük” proqramı təşəbbüsü ilə çıxış edib, bununla gənclərin yeni təcrübələr əldə edəcəyini bildirib.

Qeyd edək ki, forumda təşkilata üzv olan 7 ölkədən 100-dək gənc, dövlət orqanlarının nümayəndələri, ECO rəsmiləri və ekspertlər iştirak edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью