BDU nun 736 tələbəsi yay semestri dərslərində iştirak edir

27.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, Bakı Dövlət Universitetində (BDU) yay semestri təşkil olunub.

BDU-dan XQ-yə bildirilib ki, yay semestri 2025/2026-cı tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.

İyulun 27-dən başlayan yay semestri üzrə dərslərin 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 121-dək fənn üzrə 735 bakalavriat və 1 magistratura tələbəsi iştirak edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью