Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir.
Günəş səthində aktiv oblastlar hesabına 20-21 yanvar tarixlərində X sinif alışmaların olması ehtimal olunur.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən xəbərə görə, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb.
Yaranan Günəş küləyinin sürəti isə minimal olub. Yanvarın 20-də Günəş küləyinin artması gözlənilir.
Bunun 18 yanvar tarixində Günəşdən ayrılan tac kültə atılması (TKA) hesabına olduğu ehtimal olunur.
TKA-nın təsiri yanvarın 21-22-də kəskin azalacaq, 22 yanvar tarixinin sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək.Geomaqnit sahə yanvarın 20-də aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq.
Yanvarın 21-də geomaqnit sahə normallaşacaq, yanvarın 22-dən stasionar hala gələcək.
Yanvarın 20-də geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakı tarixlərdə 4 və daha aşağı olacaq.