Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti Eldar Kərimov vəfat edib.
Bu barədə Axar.az-a BDU-dan bildirilib. Qeyd edək ki, Eldar Kərimov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub.
1982-1985-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının əyani aspirantı olub.
1986-cı ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1997-ci ildə dosent elmi adını alıb.
O, 1985-1988-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının baş laborantı, 1988-1997-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi işləyib.
1997-ci ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti idi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.