BDU nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb

17.06.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) “Web of Science Core Collection” bazasında ən yüksək - Q1 kvartilli jurnallar siyahısında yer alan “Applied and Computational Mathematics” və “TWMS Journal of Pure and Applied Mathematics” jurnalları bazada ilk onluğa daxil edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, “Applied and Computational Mathematics” jurnalının impakt faktoru (təsir əmsalı) 3.8, 5 il üzrə orta impakt faktoru 2.7 təşkil edib. Bu nəticə ilə jurnal dünyada tətbiqi riyaziyyat kateqoriyası üzrə 345 beynəlxalq nəşr arasında 5-ci yerdə qərarlaşıb.

Agentliyin rəsmi məlumatına əsasən, “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının təsir əmsalı 3.4, 5 il üzrə orta impakt faktoru isə 2.0 təşkil edib. Jurnal bu göstəricilərlə “Web of Science Core Collection” bazasında riyaziyyat kateqoriyası üzrə indekslənən 492 jurnal arasında 8-ci, tətbiqi riyaziyyat kateqoriyası üzrə isə 345 jurnal arasında 12-ci yeri tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью