BDU nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb

28.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Müsabiqə Komissiyasının qərarına əsasən, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Məhəmməd Bağır Bağırov təbiət-dəqiq və texnika elmləri üzrə “İlin gənc alimi” seçilib, diplom və pul mükafatı ilə təltif olunub.

BDU artıq altı ildir ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью