BDU nun keçmiş müəllimi vəfat ETDİ

29.10.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin sabiq baş müəllimi Sənubər Mustafayeva vəfat edib.

Redaktor.az xəbər verir ki, o, kitabxanaçılıq və informasiya ixtisası üzrə ali təhsilli kadrların hazırlanması sahəsində uzun illər səmərəli fəaliyyət göstərib.

Peşəkarlığı, zəngin biliyi və səmimiyyəti ilə həmkarlarının, eləcə də tələbələrinin dərin hörmətini qazanıb.

Sadə, qayğıkeş və mehriban insan kimi tanınan Sənubər  Mustafayevanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью