BDU nun nümayəndə heyəti Seulda Sammit çərçivəsində ikitərəfli görüşlər keçirir

06.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Cənubi Koreyanın paytaxtı Seulda “QS Higher Ed Summit: Asia Pacific 2025” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti ikitərəfli görüşlər keçirir.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Görüşlərdə BDU ilə Asiya və Sakit Okean ölkələrinin aparıcı universitetləri arasında əməkdaşlığın genişləndirilməsi, birgə təhsil və mübadilə proqramlarının yaradılması, elmi-tədqiqat layihələrinin təşkili və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью