Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində (BDU-nun qarşısında) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 24-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “BMW” markalı maşın, ondan öndə olan 99-UL-914 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilə o isə öz növbəsində 77-JV-950 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınına dəyib. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücülərin düzgün ara məsafəsi saxlamamaları olub. Nəticədə hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Nərmin