BDU nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

30.09.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin bir qrup əməkdaşı və tələbəsi Mexanika-riyaziyyat fakültəsinin şəhid məzunu Manaf Bəhmənlinin məzarını ziyarət edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Vətən torpağı uğrunda qəhrəmancasına şəhid olan Manaf Bəhmənlinin əziz xatirəsi ehtiramla yad olunub. BDU-nun şəhid məzunlarının xalqımızın və universitetin tarixində əbədi qalacağı vurğulanıb.

Manaf Bəhmənli 2015-2020-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Manaf Bəhmənli sentyabrın 27-də Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью