BDU nun Tələbə Elmi Texniki Yaradıcılıq Mərkəzinin direktoru İstanbul Gedik Universitetinin tədqiqat imkanları ilə tanış olub

03.06.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov Türkiyənin İstanbul Gedik Universitetində olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi İstanbul Gedik Universitetinin mühəndislik istiqamətindəki tədris və tədqiqat potensialı haqqında ətraflı məlumat əldə etmək, Texnologiya Transfer Ofisinin fəaliyyəti ilə tanış olmaqdır.

Səfər çərçivəsində İlyas Nəsibov İstanbul Gedik Universitetinin Texnologiya Transfer Ofisinin müdiri Engin Açıkalın, Mexatronika mühəndisliyi kafedrasının müdiri Egemen Sulukanla görüşüb. Görüşdə BDU əməkdaşı universitetin tarixi, fakültələri, laboratoriyaları, tədqiqat mərkəzləri, dünya reytinq siyahılarında yeri, son illərdə texnologiya və startap yarışmalarında qazandığı uğurları haqqında məlumat verib, Texnologiya Transfer Ofisinin tələbələrə yaratdığı iş imkanları ilə tanış olub.

Qeyd edək ki, İstanbul Gedik Universiteti 1963-cü ildən fəaliyyət göstərən “Gedik Holding” tərəfindən yaradılıb. Hazırda şirkət 140 növdən artıq məhsul istehsal edərək, dünya ölkələrinə satış həyata keçirir. Şirkətə aid istehsalat müəssisələrində İstanbul Gedik Universitetinin tələbələri öz ixtisaslarına uyğun təcrübəkeçmə proqramına daxil edilir, tələbəlik illərindən işlə təmin olunurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью