BDU “Orhun” mübadilə protokolu üzrə əməkdaşlığı genişləndirir

30.04.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, protokol çərçivəsində akademik heyətin, təhsilalanların və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.

Qazaxıstanın nüfuzlu universitetlərindən biri olan Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin əsası 1991-ci ildə qoyulub. Hazırda universitetdə 9 fakültə fəaliyyət göstərir. Bu universitet “QS Dünya Universitetləri Reytinqi”ndə 801-850-ci pillələrdə yer alır.

Protokolu BDU-nun rektoru Elçin Babayev və Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin rektoru Zhanar Temirbekova imzalayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью