BDU Qərbi Timişoara Universiteti ilə mübadilə protokolu imzalayıb AZƏRTAC

07.01.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) inkişaf strategiyasında dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsi xüsusi önəm daşıyır. Bu məqsədlə BDU ilə Rumıniyanın Qərbi Timişoara Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, müqavilədə tələbələrin, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Əsası 1944-cü ildə qoyulan Qərbi Timişoara Universiteti “QS Avropa Universitetləri” reytinqində 52-ci sırada yer alır. Universitetin 11 fakültəsində 16 minə yaxın tələbə təhsil alır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью