BDU QırğızıstanTürkiyə Manas Universiteti ilə əməkdaşlığı genişləndirir AZƏRTAC

17.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində yerləşən Qırğızıstan-Türkiyə Manas Universitetində olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti ilə keçirilən görüşdə ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə, birgə təhsil proqramlarının yaradılması və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Nümayəndə heyəti son illərdə BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi, elmi fəaliyyətin inkişafı və universitetin qlobal aləmdə nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş islahatlar və əldə edilmiş nailiyyətlər barədə təqdimatla çıxış edib.

Qırğızıstan-Türkiyə Manas Universitetinin əməkdaşları BDU ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün böyük perspektivlər vəd etdiyini bildiriblər. Onlar birgə layihələrin və akademik mübadilənin gələcəkdə daha da genişləndirilməsinə ümidvar olduqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью