BDU “Şanlı Zəfər” mövzusunda esse müsabiqəsi elan edir

14.10.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) 8 Noyabr – Zəfər Günü münasibətilə tələbələr arasında “Şanlı Zəfər” mövzusunda esse müsabiqəsi elan edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-3 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində olmalıdır.

Esselər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə oktyabrın 31-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər təltif ediləcəklər.

Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью