BDU tələbələri Biofizika İnstitutunun laboratoriyaları ilə tanış olublar

07.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biotexnologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd tələbələrin fundamental və tətbiqi elmi-tədqiqat sahələri ilə yaxından tanış olmaları, institutun müasir elmi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparılan tədqiqat prosesi, metodologiyalar və elmi istiqamətlər barədə əyani məlumat əldə etmələridir.

Tələbələrə, həmçinin biofizika elminin aktual istiqamətləri və bu sahədəki interdisiplinar yanaşmalarla bağlı təqdimatlar ediləcək.

Belə görüşlərin tələbələrin nəzəri biliklərini praktik mühitdə müşahidə etməsinə və gələcək elmi fəaliyyətlərinə maraq formalaşdırmasına xidmət edəcəyi gözlənilir. Biofizika İnstitutu ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələbələrlə elmi-maarifləndirici əlaqələri davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью