Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 30 oktyabr, AZƏRTAC
İndoneziyanın Nusantara Multimedia Universiteti 2026-2027-ci tədris ilinin yaz semestrində təşkil olunacaq beynəlxalq akademik mobillik proqramında iştirak etmək üçün tələbə qəbulu elan edir.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.
Proqram mühəndislik, informatika, kommunikasiya və ətraf mühit elmləri daxil olmaqla, müxtəlif akademik istiqamətləri əhatə edir. Proqramla bağlı ətraflı məlumat almaq üçün BDU-nun Beynəlxalq əlaqələr şöbəsinə (əsas bina, III mərtəbə, 321-ci otaq) yaxınlaşmaq və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.