BDU təmirə bağlanacaq

19.11.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusu 2026-cı ilin yanvar ayından etibarən təmirə bağlanacaq.

Bakıvaxtı.az bu barədə mənbədən məlumat əldə edib.

Bildirilib ki, sözügedən binada tədris alan tələbələr payız semestrinin imtahan sessiyasını universitetin müxtəlif korpuslarında yekunlaşdıracaq.

Mənbə onu da qeyd edib ki, tələbə-müəllim heyətinin Bakı Asiya Universitetinin binasına köçürülməsi planlaşdırılır.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью