Icma.az, 525.az saytına istinadən bildirir. Nüfuzlu reytinq təşkilatlarından olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün
Reytinq siyahısında Bakı Dövlət Universiteti (BDU) fizika elmləri (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və digər əlaqəli sahələ
Bu barədə 525.az-a BDU-dan bildirilib. Ümumilikdə BDU-nun qiymətləndirmə nəticələri üzrə əvvəlki illə müqayisədə müsbət dinamika müşahidə ol
Belə ki, fizika elmləri üzrə ümumi qiymətləndirmə nəticələri 14,5 faiz, mühəndislik sahəsi üzrə isə 13,9 faiz artıb.
Bu artım müvafiq istiqamətlərdə universitetdə elmi-tədqiqat fəaliyyətinin intensivləşməsi, akademik potensialın gücləndirilməsi, beynəlxalq elmi nəşrlərdə təmsil olunma səviyyəsinin yüksəlməsi və sənaye ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər.
THE tərəfindən tərtib olunan ixtisaslar üzrə reytinq siyahısı ali təhsil müəssisələrinin konkret sahələrdə fəaliyyətini qiymətləndirən nüfuzlu beynəlxalq reytinq siyahısı hesab olunur.
Bu reytinq çərçivəsində universitetlər tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, elmi nəşrlərə edilən sitatlar, sənaye ilə əməkdaşlıqdan əldə olunan gəlirlər və digər əsas göstəricilər əsasında qiymətləndirilir.
Bu göstəricilər universitetlərin ayrı-ayrı elmi sahələri üzrə güclü tərəflərini və inkişaf potensialına malik istiqamətlərini müəyyən etməyə imkan verir.