BDU Türkiyənin Selçuk Universiteti ilə mübadilə protokolu imzalayıb

27.01.2025

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Selçuk Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.

BDU-dan Moderator.az-a bildirilib ki, protokolu BDU-nun rektoru Elçin Babayev və Selçuk Universitetinin rektoru Hüseyin Yılmaz imzalayıb.

Protokol çərçivəsində təhsilalanlar, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur. 

1975-ci ildə yaradılmış Türkiyənin Selçuk Universitetində 24 fakültə, 7 institut üzrə 68000-ə qədər tələbə təhsil alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью