BDU və Daşkənd Dövlət Tibb Universiteti arasında anlaşma memorandumu imzalanıb

20.11.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistan Respublikasının Daşkənd Dövlət Tibb Universiteti arasında anlaşma memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Daşkənd Dövlət Tibb Universiteti rektoru Şöhrət Boymuradov imzalayıb.

Əsası 1920-ci ildə qoyulmuş Daşkənd Dövlət Tibb Universiteti Özbəkistanın nüfuzlu universitetlərindən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью