BDU ya qəbul olunanların qeydiyyatı davam edir

03.09.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyat prosesi davam edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu günə qədər 4100 abituriyentin qeydiyyatı aparılıb.

Qəbul olunan abituriyentlər avqustun 28-dən “mygov” rəqəmsal hökumət platforması vasitəsilə qeydiyyatdan keçirlər.

Elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 8-i saat 18:00-da başa çatacaq. Qeydiyyat üçün heç bir əyani sənəd tələb olunmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью