Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının “Heydər Əliyev mühazirələri” birgə layihəsinin növbəti qonağı Milli Məclisin deputatı professor Hikmət Babaoğlu olub.
Bu barədə “Yeni Gundem”-ə BDU-dan məlumat verilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Azərbaycanda
2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti mahiyyətcə yeni mərhələyə yüksəlib.
Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssaslıqla yanaşır.
Milli Məclisin deputatı professor Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycanın indiki uğurlarının təməlində məhz Ulu Öndərin dövlətçilik və azərbaycançılıq ideologiyası dayanır.
Bu ideologiya xalqın rifahına, milli kimlik şüurunun oyanmasına xidmət edir.
Ölkəmizdə böyük ziyalı ordusunun yaranmasında Ümummilli Liderin danılmaz rolu olub.