Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Vətən müharibəsi qazisi, BDU-nun məzunu, baş leytenant, yazıçı-publisist Vüsal Hətəmovla görüş keçirilib.
Moderator.az xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Baş leytenant Vüsal Hətəmovun döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Universitetin “Zəfər tarixi” lektoriyasında keçirilən tədbirin moderatoru – İnformasiya və sənəd menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məhəmmədli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində qazandığımız parlaq qələbədən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından danışıb.
Tədbirə dəvət olunmuş baş leytenant Vüsal Hətəmovun döyüş yolu haqqında iştirakçılara geniş məlumat verib.
Vətən müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi könüllü döyüşə yollandığını bildirən Vüsal Hətəmov işğalçı qüvvələrə qarşı aparılan hərbi əməliyyatlarda müharibənin sonuna qədər iştirak etdiyini bildirib, döyüş təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb.
O, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin mahir sərkərdəliyi, xalqımızın birliyi, şəhid və qazilərin qanı və canı hesabına Vətən torpaqlarının düşmən işğalından azad edilməsinin çoxəsrlik tariximizin parlaq səhifəsi olduğunu vurğulayıb.