Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 25 noyabr, AZƏRTAC Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Beyn
Qeyd edib ki, fakültə 1991-1992-ci illərdə yaransa da qısa zaman ərzində formalaşıb və məşhurlaşıb.
Hazırda fakültənin məzunları dövlət və hökumət qurumlarında, diplomatik nümayəndəliklərdə ölkəmizi layiqincə təmsil edirlər: “Müasir dövrdə dünyada beynəlxalq məsələlər və iqtisadiyyat ən aparıcı sahələrdəndir.
Bu sahədə ölkəmizi peşəkar, yüksəkixtisaslı kadrlarla təmin etmək üçün fakültənin üzərinə mühüm vəzifələr düşür.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ölkəmizin beyin mərkəzlərindən birinə çevrilməsini istəyirik.
Son illər fakültənin tədris göstəriciləri ildən-ilə yaxşılaşır, yüksək balla qəbul olunanların sayı artır”.Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 17 ildən sonra BDU-da çıxış etməyin böyük fəxr olduğunu qeyd edib.
O bildirib ki, ölkəmizin diplomatik korpusunun böyük əksəriyyətini BDU məzunları təşkil edir.
BDU-nun ənənələri, mühiti, burada qazandıqları peşəkar bacarıqlar məzunların uğurlarının əsasını təşkil edir.