BDUnun 105 illiyi çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin təqdimatı: “Yaşıl …
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 17 dekabr, AZƏRTAC Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin “Yaşıl düşüncə məkanı” adlı təqdimatı keçirilib.Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov Ekologiya və torpaqşünaslıq fakültəsinin universitetin ən gənc fakültəsi olmasına baxmayaraq, fəaliyyəti ilə fərqləndiyini qeyd edib.
O bildirib ki, fakültədə ekoloji problemlərin həlli, torpaqşünaslıq, qlobal iqlim dəyişiklikləri istiqamətində uğurlu elmi araşdırmalar aparılır.
Bu gün dünyada aktual məsələlərdən biri ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır.
Ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyi ekoloji biliklərə tələbat və marağı günü-gündən artırır.
Bu baxımdan fakültənin yetişdirdiyi kadrlara çox böyük ehtiyac var.Daha sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı fakültənin tarixinə və keçdiyi inkişaf yoluna nəzər salıb.
Bildirib ki, 2010-cu ilin Azərbaycanda “Ekologiya İli” elan edilməsi ilə əlaqədar olaraq BDU Elmi şurasının qərarı ilə Biologiya, Coğrafiya və Kimya fakültələrinin müvafiq kafedralarının bazasında Ekologiya və torpaqşünaslıq fakültəsi yaradılıb.
Tam oxu
Xəbəri oxu