BDUnun 95 yaşlı kafedra müdiri | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikovanın 95 yaşı tamam olub.
Milli.Az modern.az-a istinadla xəbər verir ki, professor Məsumə Məlikova 70 ildən artıqdır Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olur.
BDU-nun Hüqüq fakültəsinin dekanı Zaur Əliyev 95 yaşlı kafedra müdirini doğum günü münasibətilə təbrik edib.
Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb.
1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.
1953-cü ildə BDU-nun aspiranturasına qəbul olunan Məsumə Məlikova elmi işini davam etdirmək üçün 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına ezam edilib.
Tam oxu
Xəbəri oxu