BDUnun müəllimi vəfat etdi FOTO

08.12.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib.

Mahmud Mahmudov 50 ilə yaxın müddətdə universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, jurnalistika sahəsində dəyərli töhfələr vermiş nüfuzlu alim və müəllim idi. Onun əvəzsiz fəaliyyəti təkcə tədris sahəsində deyil, həm də Azərbaycan jurnalistikasının inkişafında mühüm iz buraxıb.

Mahmud Mahmudovun həmkarları, tələbələri və onu tanıyanlar onun yüksək peşəkarlığını, tələbələrinə qarşı həssas münasibətini və elmə bağlılığını xüsusi vurğulayırlar.

Allah rəhmət eləsin!

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью