BDYPİ beynəlxalq sərgidə təmsil olunur

15.10.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 14-16-da Bakı Ekspo Mərkəzində keçirilən “Road & Traffic 2026” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) də iştirak edir.

Bu barədə SİA-ya BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, sərgidə BDYPİ-nin fəaliyyətində istifadə olunan müasir texniki avadanlıqlar, yol hərəkətinə nəzarət sistemləri və innovativ texnologiyalar ziyarətçilərə nümayiş etdirilir, onların funksional imkanları və tətbiq sahələri barədə ətraflı məlumat verilir.

Sərgidə iştirakın əsas məqsədi yol hərəkəti təhlükəsizliyi sahəsində tətbiq edilən qabaqcıl texnologiyaların və müasir nəzarət sistemlərinin imkanlarını nümayiş etdirmək, bu istiqamətdə görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında innovativ həllərin əhəmiyyətini diqqətə çatdırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью