BDYPİ dən sürücülərə çağırış: Sürət həddini aşmaq bir ömrün itkisi ola bilər

27.11.2025

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 26-da Abşeron rayonu, Məmmədli–Fatmayı yolunda baş verən qəzada “Chevrolet” markalı avtomobilin sürücüsü E.Ələsgərov həyatını itirib.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.

“Sürücülər, xahiş edirik sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!”- deyə məlumatda bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью