BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb

22.06.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 iyun, AZƏRTAC

“Piyadalar, diqqətli olun!” şərti adlı təhlükəsizlik həftəliyi çərçivəsində avtomagistral yolları nəzərdə tutulmayan yerlərdən keçən piyadalara qarşı tədbirlər görülüb.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, idarənin Yol Polisi Xidməti alayının və Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən özlərini və sürücüləri təhlükəyə ataraq, çoxzolaqlı yolu qanunla nəzərdə tutulmayan yerlərdən keçən piyadalarla maarifləndirici söhbətlər aparılıb, şəxsi məsuliyyət hissinin vacibliyi onların diqqətinə çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью