Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücülərə xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a verilən məlumata görə, geri dönüş zamanı yollarda nəqliyyat sıxlığının artacağı nəzərə alınmalı, sürücülər tələskənliyə yol verməməli və təhlükəli ötmə manevrlərindən çəkinməlidirlər.
Qurum uzun məsafəli səfərlərdən qayıdan sürücülərə yorğunluq amilinə xüsusi diqqət yetirməyi tövsiyə edib. Bildirilib ki, yorğun halda avtomobil idarə etmək diqqətin yayınmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
BDYPİ sürücüləri mütəmadi fasilələr verməyə, yuxusuz və yorğun halda sükan arxasına keçməməyə çağırıb.
Qeyd olunub ki, əsas məqsəd mənzil başına tez deyil, sağ-salamat çatmaqdır.