Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir.
SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu səfərə çıxan sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, həftəsonları ölkə əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir:
"İstirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır".
Müraciətdə vurğulanıb ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
İsmayıllıda maşın piyadanı vuraraq öldürüb
Şəmkirdə evdən qadın meyiti tapılıb
Bakıda kişi dəm qazından boğularaq ölüb
Masallıda iki "Mersedes" toqquşub, bir sürücü ölüb
Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
Bakıda liseydə şagirdin güllələdiyi müəllim əməliyyat olunub - YENİLƏNİB
YAP Qazax rayon təşkilatının veteran üzvü vəfat edib
AQTA: Ölkədə quş qripi və nyukasl xəstəliyinə yoluxma halı aşkarlanmayıb
Bakıda liseydə şagirdin güllələdiyi müəllimin son durumu açıqlanıb
Narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb
Bakıda şagirdin müəllimə xəsarət yetirməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB