Bəcirəvan Bələdiyyəsinə keçirilən seçkilər etibarsız hesab edilib | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mərkəzi Seçki Komissiyasının qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrindəki pozuntularla əlaqədar Bəcirəvan Bələdiyyəsinə keçirilən seçkilər etibarsız hesab edilib.
APA xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qəbul olunub.
Əvvəlcə MSK-nın katibi Arifə Muxtarova qərar layihəsi ilə bağlı məruzə edib.
Yekunda komissiya üzvlərinin qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrində nəticələr etibarsız hesab edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu