Icma.az bildirir, Sportal.az portalına istinadən. "Qarabağ"ın kapitanı Bədavi Hüseynov Avropa Liqası Liqa fazasının 4-cü turunun "Budo Qlimt
Sportal.az 33 yaşlı mərkəz müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır: - Bizi sabah çox çətin oyun gözləyir.
"Budo Qlimt" hücumda və müdafiədə balanslı komandadır. Anlayırıq ki, hazırda xalımız yoxdur.
Çalışacağıq ki, sabah ilk xallarımızı qazanaq və vəziyyəti öz xeyrimizə düzəldək. - Üç oyunda xal qazanmamağınızın səbəbi nədir?
- Mən də anlamıram. Hər dəfə daha yaxşı oyun nümayiş etdirməyə çalışırıq. Bəzən gözlənilməz hadisələr də baş verir.
"Ayaks"la oyunda qırmızı vərəqə gedişatı dəyişdi. Eyni zamanda "Tottenhem"lə matça yaxşı başladıq.
Əlimizə düşən qol vəziyyətlərindən istifadə edə bilmədik. Ümid edirəm ki, qarşıdakı oyunlarda vəziyyəti dəyişəcəyik.
- Süni örtükdə oynamaq sizin üçün problem olacaq? - Süni oynamağa öyrəşməmişik.