Bədbəxt hadisə: Azərbaycanılını Türkiyədə qatar vurdu

16.12.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Aydın şəhərində sərnişin qatarı 64 yaşlı azərbaycanlı Həcər Cavadzadəni vurub.

Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, bu gün səhər saat 08:30 radələrində Dənizli-İzmir istiqamətində hərəkət edən sərnişin qatarı azərbaycanlını keçidin yaxınlığında vurub.

H.Cavadzadə təcili tibbi yardımla Aydın Adnan Menderes Universiteti Xəstəxanasına çatdırılıb.

Yaralının həyati təhlükəsinin olmadığı bildirilir.

(Diaspora.TV)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью