Bədəlov: “Başqa yolumuz yoxdur və ancaq qələbə qazanmalıyıq”

18.12.2024

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”a uduzub – 0:6.

“Kimyaçılar”ın futbolçusu Elvin Bədəlov “FutbolPress“ə açıqlamasında məğlubiyyətlə bağlı fikirlərini bölüşdü:

“Oyun gözlədiyimiz kimi çətin keçdi. “Qarabağ”ın gücü hamıya bəllidir, lakin bizim də yaxşı nəticəyə ümidimiz var idi. Sadəcə tez qol buraxandan sonra oyunumuz alınmadı. Futbolda belə oyunlar olur. Bəzən günündə olmursan. İndi bunu unudub, gələn oyunlara hazırlaşmalıyıq”.

Kapitan məğlubiyyətin komandaya pis təsir etməyəcəyini bildirdi. O, növbəti turun “Kəpəz”lə matçı haqda fikirlərini bölüşdü:

“İnanıram ki, bu, pis təsir etməyəcək. Komanda yoldaşlarıma inanıram. Başa düşürük ki, ilin son oyunu olacaq və fasilə qabağı buna köklənməliyik. “Kəpəz”ə hörmətlə yanaşırıq. Onlar da son turlarda yaxşı formadadırlar. Lakin başqa yolumuz yoxdur və ancaq qələbə qazanmalıyıq. Pis tərəfi fikirləşmirik, ağlımızda ancaq üç xaldır”.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Tanınmış klub “Qarabağ”ın hücumçusu ilə maraqlanır

17 Dekabr 2024, 17:51

Əsas xəbərlər, Premyer liqa “Qarabağ” 900-ə çatdı

17 Dekabr 2024, 10:17

Əsas xəbərlər, Manşet, Premyer liqa Qış fasiləsinə bir tur qala

17 Dekabr 2024, 8:23

Əsas xəbərlər, Premyer liqa Qurban Qurbanov: “Hər mövqeyə axtarışlar gedir”

16 Dekabr 2024, 22:24

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” 3 xalı 5 qolla qazandı

16 Dekabr 2024, 20:55

Böyük beşlik, Əsas xəbərlər “Qarabağ” – “Sumqayıt”: heyətlər məlum oldu

16 Dekabr 2024, 18:10

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью