Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İdmanın və musiqinin dili yoxdur” deyirlər və hər ikisi dünyanı dəyişdirmək gücünə malikdir.
İdman fiziki sağlamlıq paylamaqla, musiqi isə ruhi-mənəvi sağlamlıq yaratmaqla.
İdmanın din, dil və irq ayrı-seçkiliyi olmadan bütün dünyada inkişaf etdirilməsi prinsipinə əsaslanaraq, BMT-nin Baş Assambleyasının 23 avqust 2013-cü il tarixli 67-ci sessiyasında aprelin 6-nın “İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü” elan edilməsi qəbul edilib.
Fiziki fəaliyyət insan sağlamlığı üçün ən vacib amildir. Xüsusilə də oturaq işdə işləyən insanlar üçün idman, hərəkət daha vacibdir.
Fiziki aktivlik tənbəlləşmiş əzələləri oyadır, ürək və qan dövranı sistemini gücləndirir, bədən elastikliyini artırır və ümumi sağlamlığı və gümrahlığı yaxşılaşdırır.
Fiziki fəaliyyət müxtəlif yollarla tətbiq edilə bilər, məsələn, idman etmək, rəqs, bədii gimnasitika ilə məşq etmək, gəzmək, qaçmaq, velosiped sürmək, üzgüçülük etmək, həyət-baca işləri görmək, ev işlərini etmək kimi yollarla bədənimizi gümrah saxlaya bilərik.
Fiziki aktivlik olmasa… Gündəlik həyatımızda fiziki fəaliyyətin olmaması sağlamlıq problemlərinin təməlini qoyur.