Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
İnsultun beyinə vurduğu zərərin miqyası hadisənin günün hansı vaxtında baş verməsindən birbaşa asılı ola bilər.
Demokrat.az xəbər verir ki, İspaniyanın III Karl adına Milli Tədqiqat Mərkəzinin (CNIC) mütəxəssisləri müəyyən ediblər ki, axşam və gecə saatlarında baş verən insultlar beyin toxumaları üçün xüsusilə dağıdıcı və ağır keçir.
Aparılan elmi araşdırmalar nəticəsində beyin zədələnməsinin dərəcəsində "neytrofil" adlı immun hüceyrələrinin sirkad (bioloji saat) tənzimlənməsinin həlledici rol oynadığı üzə çıxıb. 500-dən çox pasiyentin iştirak etdiyi tədqiqatlar göstərir ki, gecə saatlarında bu hüceyrələr daha aqressiv və iltihablı vəziyyətə keçirlər. Bu zaman neytrofillər DNT və zülallardan ibarət olan xüsusi "torvari" strukturlar ifraz edirlər. Normal şəraitdə infeksiyalara qarşı mübarizə üçün nəzərdə tutulan bu "tora bənzər" maddələr insult anında beyində qan dövranını daha da pisləşdirir, mikrotrombların yaranmasına və hüceyrələrin kütləvi ölümünə səbəb olur. Səhər saatlarında isə bu immun hüceyrələri daha sakit davrandığı üçün beynin zədələnmə sahəsi xeyli məhdud qalır.
Bu kəşf tibb dünyası üçün inqilabi sayıla bilər, çünki bu, eyni simptomlarla xəstəxanaya gələn xəstələrin niyə fərqli nəticələrlə üzləşdiyini elmi cəhətdən izah edir. Gələcəkdə bu tapıntılar insultun müalicəsində "vaxt faktoruna" əsaslanan yeni terapiya metodlarının yaradılmasına imkan verəcək.
İnsultun ağır fəsadlarından qorunmaq təkcə xəstəxanaya vaxtında çatmaqdan deyil, həm də bədənimizin daxili bioloji saatından asılıdır. Xüsusilə axşam və gecə saatlarında qəfil yaranan baş ağrısı, nitq pozulması və ya bədənin bir tərəfində keyimə hiss etdikdə, "səhər keçər" deyib gözləmək həyati təhlükə yarada bilər. Çünki gecə saatlarında immun sistemimiz beynimizdəki zədəyə qarşı daha amansız və sürətli reaksiya verir.
Alimlər eyni zamanda qeyd edirlər ki, insultdan sonra nitqi bərpa edən yeni cihazların hazırlanması artıq bu xəstəliklə mübarizədə ümidverici gələcəkdən xəbər verir.
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, İspaniyanın III Karl adına Milli Tədqiqat Mərkəzinin (CNIC) mütəxəssisləri müəyyən ediblər ki, axşam və gecə saatlarında baş verən insultlar beyin toxumaları üçün xüsusilə dağıdıcı və ağır keçir.