Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
AzVision.az “Suriya.tv” portalına istinadən xəbər verir ki, 300-ə yaxın insan avtobuslarla Dəra vilayətinin şərqində yerləşən Busra əl-Hərir şəhərinə aparılıb.
“Təxliyə asayişi və mülki əhalinin mühafizəsini təmin edən əməliyyat Daxili Təhlükəsizlik qüvvələrinin ciddi nəzarəti altında keçirilib. Prosesi əlaqələndirmək üçün təhlükəsizlik qüvvələrinin yüksək rütbəli nümayəndələri şəxsən iştirak ediblər: Əs-Suveyda əyalətinin Daxili Təhlükəsizlik komandiri, briqada generalı Əhməd əl-Dəlati və Dəraadan olan briqada generalı Şaher Omran”, - xəbərdə deyilir.
Təxliyə Əs-Suveyda ərazisini tərk etmək istəyən bütün mülki şəxslərin münaqişə zonasını təhlükəsiz şəkildə tərk etməsinə imkan verən daha əvvəl əldə olunmuş razılaşmanın nəticəsi idi. Bu razılaşmanı general əl-Dəlati təsdiqləyib və o, humanitar səylər çərçivəsində mülki şəxslərin təxliyəsi prosesinin davam etdiriləcəyini vurğulayıb.
Nəşr vurğulayır ki, bədəvi ailələrinin təxliyəsi gərginliyi azaltmaq və vəziyyətin son dərəcə qeyri-sabit qaldığı bölgəyə humanitar yardım gətirmək üçün gələcək addımlar üçün presedent yarada bilər.
Xatırladaq ki, iyulun 14-də Suriyanın Əs-Suveyd əyalətində hökumət qüvvələri ilə druzlar arasında baş verən toqquşmalar başayandan bəri artıq yüzlərlə insan həlak olub.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. “Təxliyə asayişi və mülki əhalinin mühafizəsini təmin edən əməliyyat Daxili Təhlükəsizlik qüvvələrinin ciddi nəzarəti altında keçirilib. Prosesi əlaqələndirmək üçün təhlükəsizlik qüvvələrinin yüksək rütbəli nümayəndələri şəxsən iştirak ediblər: Əs-Suveyda əyalətinin Daxili Təhlükəsizlik komandiri, briqada generalı Əhməd əl-Dəlati və Dəraadan olan briqada generalı Şaher Omran”, - xəbərdə deyilir.