Bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi keçirilib

24.10.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd mədəniyyət müəssisələrində fəaliyyət göstərən musiqi kollektivlərinin inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, milli musiqi və folklor janrının inkişafıdır.

Müsabiqədə Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evləri və klubların özfəaliyyət kollektivləri iştirak ediblər.

Çıxışlar münsiflər heyəti tərəfindən nominasiyalar üzrə 10 bal sistemi ilə qiymətləndirilib.

Qeyd edək ki, müsabiqə qalibləri fəxri fərman və pul mükafatına layiq görüləcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью