BƏƏ ABŞ İran müharibəsi ilə bağlı ən pis ssenariyə hazırlaşır

01.11.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ABŞ və İsrailin İrana qarşı müharibəsinin yenidən başlaması ehtimalı ilə əlaqədar ən pis ssenariyə hazır olduqlarını bəyan edib.

“Al Jazeera”-nin xəbərinə görə, BƏƏ Prezidentinin müşaviri belə bəyanatla bu gün

Bəhreyndə keçirilən təhlükəsizlik konfransında çıxış edib.

“Ümid edirik ki, diplomatik müstəvidə irəliləyiş əldə olunacaq. Daha bir qarşıdurma mərhələsindən keçməsi regionun maraqlarına uyğun deyil. Lakin biz əvvəl də nümayiş etdirdiyimiz kimi, ən pis ssenariyə hazırıq”? – deyə Ənvər Qarqaş qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью