BƏƏ açıqladı: 229 raket, 1305 PUA, 3 ölü, 112 yaralı VİDEO

09.03.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi İranın 28 fevralda başlatdığı cavab hücumlarının nəticələrini ətraflı şəkildə əks etdirən hesabat yayımlayıb. 

Ölkə.az xəbər verir ki, nazirliyin verdiyi məlumata görə, 28 fevralda böhran başlayandan bu günədək ümumilikdə 221 ballistik raket atılıb. Müdafiə sistemləri bu raketlərdən 205-ni havada tutub məhv etməyi bacarıb. Qalan raketlərdən 14-ü dənizə düşüb, ikisi isə yaşayış məntəqələrinə zərbə endirib. Bundan əlavə, aşkar edilmiş səkkiz qanadlı raket hədəflərinə çatmadan vurulub.

Məlumatda həmçinin qeyd olunub ki,  bu dövrdə BƏƏ-nin hava məkanına daxil olan 1305 İran pilotsuz təyyarəsindən 1229-u vurulub, 76-sı isə ölkə sərhədləri daxilində qəzaya uğrayıb. BƏƏ Müdafiə Nazirliyinın  verdiyi xəbərə görə, mülki yaşayış məntəqələrini və limanları da hədəf alan hücumlar nəticəsində 3 nəfər faciəvi şəkildə həyatını itirib, 112 nəfər yaralanıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью