BƏƏ aviaşirkəti Bakıya ilk dəfə uçuşlar təşkil edəcək

17.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

“Etihad Airways” aviaşirkəti ilk dəfə Əbu-Dabi-Bakı-Əbu-Dabi reysi üzrə uçuşlara başlayır.

Axar.az aviaşirkətin rəsmi saytına istinadən xəbər verir ki, ilk reysin 2026-cı ilin martın 2-də icra ediləcəyi bildirilir.

Bundan əlavə, BƏƏ şirkəti Tiflis (Gürcüstan), İrəvan (Ermənistan), Almatı (Qazaxıstan), Buxarest (Rumıniya), Daşkənd (Özbəkistan) və Mədinə (Səudiyyə Ərəbistanı) şəhərlərinə də reyslər təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью